Həmidə Ömərova:

Həmidə Ömərova: "Anam ərimlə dil tapa bilmədiyi üçün qalmışdım aralarında"

Hazırda oxunan: Həmidə Ömərova: "Anam ərimlə dil tapa bilmədiyi üçün qalmışdım aralarında"

194040

"Anam ailəmə müdaxilə edirdi. Mümkün deyildi onunla qalmaq. Çünki anam çox sərt xasiyyətli insan idi. Anam ərimlə dil tapa bilmirdi. Deyim ki, ərimlə xoşbəxt idik - yox. Yəni dil tapa bilmirdilər. Bu isə çox neqativ təsirini göstərdi mənim ailəmə. Nə anam nə də ki, ərim məni paylaşa bilmədilər. Qalmışdım onların arasında. Kompromis yox idi, çətin idi... O zaman anamı, indi isə həyat yoldaşımı. Anamı itirəndən sonra ərimi. Ərim haqqında danışmaq istəmirəm".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Həmidə Ömərova qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Sənətkar bildirib ki, oğlu Rəhimin ailəsinə müdaxilə etmir:

"İnsan yaşa dolandan sonra bilir ki, ona qalacaq yalnız həyat yoldaşıdır. İnsan yaşa dolandan sonra bir-birinin qədrini bilməyə başlayırlar. Uşaqlar böyüyür, onlar öz ailəsini qururlar. Mən öz uşağımın ailəsinə müdaxilə etmək istəmirəm. Bunu heç zaman da etmərəm. Çünki bu mövzuda artıq təcrübəm var, astar, üzünü görmüşəm".

Aktrisa həyat yoldaşının ona qoyduğu qadağalardan söz açıb: "Ailəmi dağıtmamışdım. Həyat yoldaşım bizimlə (anası və özünü nəzərdə tutur - red.) qalırdı. Ona görə də çətin idi. Ayrı ev olsaydı və anamdan ayrı yaşasaydım bəlkə də bu cür çətinliklərə məruz  qalmazdım. 

Ərimində özünün tələbləri vardı. O deyirdi ki, “at bütün bu sənəti və heç yerdə işləmə”. Bunlara da qarşı mən mübarizə aparmalı idim. Hamısı çətin idi".

Qeyd edək ki, H.Ömərovanın Rəhim adında bir oğlan övladı var. Onun oğlu 2 il əvvəl iyunun 8-də Zülfiyyə adlı xanımla ailə qurub.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO