Xəbər verdiyimiz kimi, 7 il əvvəl sol tərəfli hemiparez diaqnozu ilə işemik insult keçirib yatağa məhkum olan, Ağakərim ləqəbi ilə ölkədə məşhurlaşan meyxanaçı Kərim Novruzovun reabilitasiya müalicələrinə başlanılıb.
Bizim.Media xəbər verir ki, bu haqda “Elgizlə izlə” ictimai-sosial verilişində məlumat verilib.
Sözügedən proqramda Ağakərimin uğurlu müalicələr nəticəsində artıq oturacaqda əyləşdiyi görüntüləri nümayiş olunub.
Verilişin aparıcısı Elgiz Əkbər bildirib ki, söz xiridarı artıq özü rahat oturur və əllərini hərəkət etdirə bilir.
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.
Rəşad Əliyev, Bizim.Media