Coşqun mərhum anasından danışıb AĞLADI:

Coşqun mərhum anasından danışıb AĞLADI: "Atam deyir ki, onun şəkillərini götürün" - VİDEO

Hazırda oxunan: Coşqun mərhum anasından danışıb AĞLADI: "Atam deyir ki, onun şəkillərini götürün" - VİDEO

193991

“Atam yaxşıdır, amma onun üçün çox çətindir. Necə bizim üçün, elə də onun üçün. Ümumiyyətlə, valideynin yaşı olmur. Gəlimli-gedimli dünyadır. Anamın ölümü bizə həyatı başa saldı”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Bu şəhərdə” yumoristik estrada teatrının üzvü, Əməkdar artist Coşqun Rəhimov “YouTube”da yayımlanan “AStar” verilişində deyib.

Anasını itirdiyini söyləyən sənətçi onun barəsində danışarkən göz yaşlarına qərq olub:

“Anamın son günləri idi. Bakıda idim. Zəng etdilər ki, gəl, halallaşmaq istəyir. İnanmırdım, getdim. Müalicələri çox oldu. Deyib, balamı istəyirəm, gəlsin. Getdim. Hamı ilə halallaşdı. Tərki-dünya idi. Dedi, hansı tərəf uzanım. Qibləsini axtarırdı. Onu qibləyə uzatmağa qıymırdıq. Böyüklərlə məsləhətləşdik, dedilər ki, onu qibləyə uzadın. Dedi ki, get filan yerdə filan şey var, gətir, yaylığı böl, birini çənəmə, birini ayağıma bağlayın. Bizi o qədər bərkitdi ki, qışqırmayın, ayıbdır. Hamımız dünyadan gedəcəyik. Lakin insanın dünya ilə vidalaşmağı, rahatlığı… Evdə çox adam var idi. Amma halallaşanda yanında həyat yoldaşı, övladları, bir də gəlini idi. Nəvələri yox idi. Halbuki anamın 15-16 nəticəsi var. Elə şərait yaratdı ki, hamısı hansısa işin arxasınca getdi. Bir möcüzə idi. Ölümünü uşaqlara göstərmədi. Ancaq öz uşaqlarına ölümünü göstərdi, dilində Allah sözü ilə canını tapşırdı. Atamla vidalaşdı, Kәlmeyi-şəhadət dedi. Elə bil, gedəndə bütün ağrılarımı apardı. Biz dünya kimi bilirik? Amma mənim dünyam o idi. İlk və son dünyam o idi. Baxmayaraq ki, özüm də babayam, amma... İnsan hansı yaşda olursa olsun, özünü sevdirməyi, darıxdırmağı bacarır. Allah o dünyasını versin. Atam üçün çox çətindir. Deyir, şəkillərini götürün, evdə bütün günü nəsə axtarır”.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO