Sərxan Kərəmoğlu:

Sərxan Kərəmoğlu: "İlhamə Quliyeva Orxanın həyatını bədbəxt edib" - VİDEO 

Hazırda oxunan: Sərxan Kərəmoğlu: "İlhamə Quliyeva Orxanın həyatını bədbəxt edib" - VİDEO 

193964

"Orta məktəbdə əlaçı olub. İlhamə Quliyeva Orxanı ali məktəbdən qovdurub. İki şirkətdə çalışırdı, zəng edib qovdurdu. Deyirdi ki, əli pula çatsa, məni atacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri aktyor və aparıcı Sərxan Kərəmoğlu qonaq qismində iştirak etdiyi "Səni axtarıram" ictimai-sosial verilişinin efirində deyib.

Sənətçi mərhum Xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü Orxan Nadirovdan söz açıb. Sərxan övladı itkin düşən və bunun üçün verilişə pənah gətirən, Orxanın doğma anası Lalə xanım haqqında bunları söyləyib:

"Lalə müəllimədir, heç kim indiyənə kimi onu efirdə görməyib. Gecəni yatmayıb. Onun bir xəstə övladı var. İlhaməni atın kənara, yoxdur. Orxanın həyatını İlhamə bədbəxt edib".

Qeyd edək ki, Orxanın anası Lalə xanım onun 2023-cü ilin sentyabrından itkin düşdüyünü bildirib.

 



Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO