Nurəddin Mehdixanlı: “Vəsiyyətimlə bağlı xəbər yazıb, tabut şəkli qoydular” – VİDEO 

Nurəddin Mehdixanlı: “Vəsiyyətimlə bağlı xəbər yazıb, tabut şəkli qoydular” – VİDEO 

Hazırda oxunan: Nurəddin Mehdixanlı: “Vəsiyyətimlə bağlı xəbər yazıb, tabut şəkli qoydular” – VİDEO 

193793

“İkinci Qarabağ müharibəsindən sonra mənim üçün ölüm qəribə bir anlama çevrildi. Bu barədə düşünürdüm. Dünyaya başqa cür baxmağa başladım”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı qonaq olduğu “Rəngarəng səhər” verilişində deyib. 

Aktyor bir müddət əvvəl vəsiyyəti ilə bağlı açıqlamasına aydınlıq gətirib: 

“Bu verilişdə vəsiyyət etməyimlə bağlı açıqlama vermişdim. Saytlar dərhal bu açıqlamamı yazmağa başladılar. Hətta tabut şəkli belə qoydular. Buradan səslənib deyirəm ki, biz çox yaşayan nəsilik. Mənim nənəm 125 il yaşayıb. Ya mən, ya nənəm... Özü də bir insanın yaşı ana xətti ilə bağlıdır. Mən çox yaşayacağam. Tələsməyin, narahat olmayın və sevinməyin. Allah mənə nə qədər ömür veribsə, mən də o qədər yaşayacağam”. 
Qeyd edək ki, N.Mehdixanlı “Heç vaxt heç kimdən minnət götürmədim. Evdə vəsiyyət etmişəm ki, öldüyüm gün məni götürüb birbaşa kəndimizə aparın. Orada atamın yanında yer var, orada dəfn edin. Mən ancaq ata və anamın yanında rahatlıq tapa bilərəm” deyə vəsiyyətini açıqlamışdı. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO