Nadir: “Flora Kərimova evində məni yedizdirib, saçımı yuyub” - VİDEO

Nadir: “Flora Kərimova evində məni yedizdirib, saçımı yuyub” - VİDEO

Hazırda oxunan: Nadir: “Flora Kərimova evində məni yedizdirib, saçımı yuyub” - VİDEO

193611

Müğənni Nadir Qafarzadə Xalq artisti Flora Kərimova ilə bağlı xatirələrini dilə gətirib.

Bizim.Media xəbər verir ki, bu haqda Nadir sənətkarla qonaq olduğu “İncə səhər” verilişində deyib.

N.Qafarzadə illər əvvəl F.Kərimovanın evində ona göstərdiyi nəvazişdən söz açıb:

“Mən xoşbəxt insanam ki, Flora xanımla birgə duet oxumuşam. O, mənə öz əlləri ilə evində yemək verib. Bir dəfə Flora xanımın evindən çıxıb çəkilişə getməli idim. Saçımı isə yumalı idim. Flora xanım mənim saçımı belə yuyub. O, mənə hər zaman ana qayğısı və nəvazişi göstərib. Flora xanım mənə "oğlum" deyirdi. Həyatım boyu inanmazdım ki, gün gələcək onun evinə gedəcəyəm, onunla birgə oturacağam, bişirdiyi yeməyi yeyəcəyəm. Bu mənim üçün böyük xoşbəxtlikdir. Şəxsən mənim üçün Flora xanım çox böyük varlıqdır. Çox sağolun ki, varsınız”.
 


Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO