Renka ləqəbi ilə şou-biznesdə məşhurlaşan ərəb rəqslərinin mahir ifaçısı Rəna Ağamuradova yenidən qəza keçirib.
Bizim.Media xəbər verir ki, bu haqda rəqqasə qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişinin efirində danışıb.
“Çəkilişlərin birində motosiklet idarə edən zamanı xəsarət aldım. Başımı və ayağımı zədələmişəm. Özümü qorumalıyam. Ona görə də bir müddət rəqs etməyəcəyəm”, - deyə Renka bildirib.
Rəşad Əliyev, Bizim.Media