Boşanma xəbərləri ilə gündəmə gələn Cennifer qırmızı xalıya yenidən Bensiz çıxdı - FOTO

Boşanma xəbərləri ilə gündəmə gələn Cennifer qırmızı xalıya yenidən Bensiz çıxdı - FOTO

Hazırda oxunan: Boşanma xəbərləri ilə gündəmə gələn Cennifer qırmızı xalıya yenidən Bensiz çıxdı - FOTO

193314

Dünya pop musiqisinin ulduzu Cennifer Lopez əri Ben Afflekin iştirakı olmadan keçirilən “Atlas” filminin qala gecəsində qırmızı xalıdan tək keçib. Bu isə cütlüyün yaxınlaşan boşanması ilə bağlı şayiələri yenidən alovlandırıb. 

Bizim.Media xəbər verir ki, 54 yaşlı sənətçi Hollivudun Los-Ancelesdəki Misir Teatrında kameralar qarşısına keçib.  

Çıxış üçün Lopez “balıq quyruqlu” uzun ətəkli ağlı-qaralı libas seçib. Dəbdəbəli obrazını isə böyük boyunbağı və sırğalarla tamamlayıb. Paparassilər Cenniferin barmağındaki nikah üzüyünün olduğunu görüblər. 
Cennifer Lopez və Ben Afflekin ailəsindəki problemlər barədə söz-söhbətlər uzun müddətdir ki, ortaya çıxıb və ötən həftə dünya mətbuatı onların artıq birlikdə yaşamadıqlarını yazmağa başlayıb. Paparassilər Ben Afflekin nikah üzüyünün barmağında olmamasına diqqət ediblər.

“Page Six” nəşrinə cütlüyün insayderi bildirib ki, Afflek boşanma ilə bağlı son qərarını verib. Mənbənin sözlərinə görə, 51 yaşlı aktyor Cennifer sevgisinə o qədər qapılmışdı ki, o, “düz düşünə bilmirdi”, amma aktyor artıq özünə gəlib.  

Qeyd edək ki, Ben Afflek və Cennifer Lopez 2000-ci illərin əvvəllərində tanış olub və görüşməyə başlayıblar.

2003-cü ildə nişanlandıqlarını elan etsələr də tezliklə münasibətlərə ara verib və sonra toylarını tamamilə ləğv ediblər. Pandemiya zamanı ulduzlar yenidən ünsiyyət qurmağa başlayıb və münasibətlərinə bir şans daha vermək qərarına gəliblər. Cütlük 2022-ci ildə ailə həyatı qurub.  






Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO