Müğənni Natavan Həbibi illər əvvəl qalmaqal yaşadığı Xalq artisti Aygün Kazımova ilə münasibətlərindən söz açıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı sənətçi qonaq olduğu “Qonaqcanlı” verilişində danışıb.
Proqramın aparıcısının “Aranızdakı soyuq küləklər səngidi?” sualına Natavan belə cavab verib:
“Bu qədər illərdən sonra o söhbətlər unudulmayıbsa, mən bilmirəm. Bir neçə dəfə görüşmüşdük. Çoxdandır heç kimlə görüşmürəm deyə, Aygün Kazımovanı da çoxdandır görməmişəm. Mənim üçün o söhbətlər o qədər unudulub ki, artıq qəribə gəlir. O mövzular ümumiyyətlə niyə olub
Düşünürəm, o söhbətlər çox lazımsız idi, çox dərinliyə getmişdilər. Ona görə də nə qədər uzaq olsa, o qədər yaxşıdır. Mənə maraqlı deyil keçmişdə olan söz-söhbətlər. Münasibət səmimi, dürüst olmalıdır. Oyunlar bitməlidir, bitməyibsə, mən də bitirmərəm”.
Rəşad Əliyev, Bizim.Media