Xumar Qədimova: “O insanlara ürəyim ağrıyır” – VİDEO 

Xumar Qədimova: “O insanlara ürəyim ağrıyır” – VİDEO 

Hazırda oxunan: Xumar Qədimova: “O insanlara ürəyim ağrıyır” – VİDEO 

193097

“İnsanlarda fərdi sevgi və münasibət azalıb. Yaxınlaşıb deyirlər ki, Xumar xanım, sizin üçün “ölürəm”. Doğrudan da inanırsan ki, bu şəxs sənin sənətin üçün “ölür”. Nəğmələrini bir-birinin ardınca oxuyur və hətta sevincdən gözündən yaş da gəlir. Bir də baxıb görürsən ki, həmin sözləri başqası üçün deyir. Axı, bu nə sevgidir belə?” 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Xumar Qədimova “MTV Azərbaycan” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, onun arxasınca danışan insanlara pis olur: 

“İndi hamı hamını sevir. Bu gün sənin, sabah isə başqasının və ya digərinin yanındadır. Buna görə də mənim yanımda heç kəs yoxdur. Yanımda yalnız say-seçmə insanlar var. Çünki mən belə şeyləri qəbul edə bilmirəm. Mənə dediyi o xoş sözləri gedib başqasına deyir. O insanlara ürəyim də ağrıyır. Arada mən ağlayıram. Bax, bu cür insanların halına ağlayıram”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO