Əməkdar artist Naina İbrahimova “Sabahın xeyir, Azərbaycan!” verilişində qonaq olub.
Bizim.Media xəbər verir ki, sənətçi efirə dünya pop səhnəsinin “kralı”, əfsanəvi Maykl Ceksonun obrazında çıxıb.
Naina bildirib ki, Azərbaycanda “Maykl Cekson kraldan da artıq” fotolayihəsinin müəllifi məhz özüdür:
“Maykl Ceksonun əfsanəvi obrazının müəllifi özüməm. Hazıda üzərimdə olan qrimi də özüm etmişəm. Bu rola uyğunlaşmaq üçün dırnaqlarımı tutmuşam və hətta kişi ətrindən istifadə etmişəm. Hətta bu geyimin altından hər zaman əynimə Mayklın ağ maykasını geyinirəm. Mən təpədən dırnağa kimi tamamilə pop krala çevrilirəm. Bəzilərinin düşündüyü kimi, bu layihəni etmək sadəcə makiyaj edib, eynək taxıb, foto çəkdirmək demək deyil. Bu mənim peşəmdir.
Maykl Ceksonun obrazını bütövlüklə yaratmaq üçün onun 50-ə yaxın geyimləri xüsusi olaraq hazırlanıb. Bu layihə (geyimlər, montaj) üçün isə çox pul xərclənib. Mənim bu layihədə əsas məqsədim onu pedofil (Xarici mətbuatda Maykl Ceksonun pedofil olduğu deyilib) kimi yox, kişi kimi göstərməkdir”.
Qeyd edək ki, aktrisa Naina İbrahimova rəssamlar Ağəli İbrahimovun və Nadejda İbrahimovanın qızıdır.
Rəşad Əliyev, Bizim.Media