Van Dammın azərbaycanlı gəlini əri Kristoferi belə TƏBRİK ETDİ – FOTO 

Van Dammın azərbaycanlı gəlini əri Kristoferi belə TƏBRİK ETDİ – FOTO 

Hazırda oxunan: Van Dammın azərbaycanlı gəlini əri Kristoferi belə TƏBRİK ETDİ – FOTO 

193043

Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə ailə quran azərbaycanlı pianoçu Suada Hacızadə həyat yoldaşı ilə bağlı diqqətçəkən paylaşım edib. 

Bizim.Media xəbər verir ki, Kristoferin doğum günü olduğunu söyləyən musiqiçi müxtəlif vaxtlarda çəkilən bərabər fotolarını sosial şəbəkədə yayımlayaraq onu 37 yaşının tamam olması münasibəti ilə təbrik edib. 

“Bu, həyat yoldaşımın 37-ci ad günüdür. Həyatımda olduğuna və bu ömrü səninlə bölüşdüyümə görə minnətdaram. Səni çox sevirəm! Hər zaman xoşbəxt olaq”, - deyə Suada vurğulayıb. 
Qeyd edək ki, Jan Klod Van Damm Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq əməkdaşı, polkovnik Elxan Hacızadə ilə quda olub. Kristofer-Suada cütlüyü 2021-ci ilin iyununda Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda doğmalarının iştirakı ilə baş tutan nikah mərasimində ailə həyatı qurub. 
























Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO