Hüseyn Həsənovun başı dərddə - Məhkəməyə verildi

Hüseyn Həsənovun başı dərddə - Məhkəməyə verildi

Hazırda oxunan: Hüseyn Həsənovun başı dərddə - Məhkəməyə verildi

192921

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovun başı dərddədir.

Bizim.Media xəbər verir ki, bloger Rusiyada suşiyə görə məhkəməyə verilib.

Həsənov “rollar”ın (yəni suşi) çatdırılması üçün yarım milyon rubldan (9360 manat) çox pul ödəməyib.

2023-cü ilin aprelində Həsənov Yapon mətbəxinin məşhur təamlarını çatdırılmasına başlayıb. Lakin onun bu biznesi uzun sürməyib (sosial şəbəkələrə əsasən, cəmi üç aya yaxın). Hüseyn çatdırılmanı bağlayıb və ortaqlarına "atıb".

"Gusein rolls", Banda Foods MMC-yə qarşı iddia qaldırıb (suşi ilə məşğul olan şirkət idi -red.). Müqavilə üzrə xidmətlərə görə əsas ofisdən 645 min rubl (12 min manat) tələb edirlər. Şirkətin hesabları borclara görə bağlanıb. Məhkəmə icraçıları şirkətdən təxminən 50 min rubl (935 manat) ala biliblər.

Blogerin özü də indi ciddi problemlərlə üzləşib. Həsənovun Federal Vergi Xidmətinə nəhəng borcları var. Hazırda məbləğ 144,5 milyon rubl (2,7 milyon manat) təşkil edir. Son bir neçə həftədir ki, o, borcunu ödəməyə çalışır, lakin 10 milyondan az ödəyə bilib. 
Ötən gün isə Hüseyn Həsənova kimliyi açıqlanmayan bir şəxs tərəfindən lüks "Mercedes" markalı avtomobil hədiyyə edilib.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO