Çingiz Mustafayev toyu üçün Kuş adasına GETDİ - FOTO

Çingiz Mustafayev toyu üçün Kuş adasına GETDİ - FOTO

Hazırda oxunan: Çingiz Mustafayev toyu üçün Kuş adasına GETDİ - FOTO

192774

Xəbər verdiyimiz kimi, müğənni Çingiz Mustafayev sabah - mayın 19-u evlənir.

Bizim.Media xəbər verir ki, sənətçi bunun üçün yaxın dostları ilə birgə toyun baş tutacağı Tükiyənin Kuş adasına yollanıb.

Çingizin həmkarı Cavid Məmmədov digər ortaq dostlarla bərabər sözügedən məkandan çəkilmiş fotonu sosial şəbəkə hesabında paylaşıb.

Şəkildə Mustafayevin şən əhvalda olması diqqətdən qaçmayıb.

Qeyd edək ki, Çingizin sevdiyi və uzun müddətdir münasibətdə olduğu Ukraynalı xanımla ailə quracağı bildirilib. Bir neçə gün əvvəl Mustafayev redaksiyamızın əməkdaşı ilə söhbətində ailə qurması ilə bağlı yayılan xəbərləri özünəməxsus şəkildə təsdiq etmişdi. Sonuncu müsahibəsində isə ifaçı Azərbaycandan Türkiyəyə köçüb orada yaşacağını açıqlamışdı.





Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO