Ötən axşam türkiyəli müğənni Mahsun Kırmızıgülün Bakıda konserti baş tutub.
Bizim.Media xəbər verir ki, Konqres Mərkəzdə tamaşaçılarının və sevənlərin qarşısına çıxan sənətçi musiqi gecə boyunca hitlərini səsləndirib və səmimi söhbətlər edib.
“Annem” adlı mahnısını ifa edərkən kövrələn sənətçi anasının xəstə olduğunu söyləyib:
“Son bir ildir anam Altsheymer xəstəsidir. Gözlərini belə aça bilmir. Gəlmədən əvvəl yanına getdim, bəzən qulağına mahnılar oxuyuram, əlimi sıxır. Həqiqətən də, həyatda bəzi şeyləri geri gətirə bilməzsiniz. Buna görə də ailənizə, sevdiyinizə sarılın. Həyat çox qısadır”.
Qeyd edək ki, Mahsun Kırmızıgülün növbəti konserti bu gün Konqres Mərkəzdə keçiriləcək.
Rəşad Əliyev, Bizim.Media