Aparıcı Samirə Mustafayeva çalışdığı Azərbaycan Televiziyasından ayrılıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı aparıcı ilə əlaqə saxlayıb.
S.Mustafayeva kanaldan getməsinin səbəbini qızının xaricdəki təhsili ilə əlaqələndirib:
“Bu il orta təhsilini bitirən qızım Nuran artıq xaricdə təhsil alacaq. Bununla əlaqədar universitet seçimi, yerləşmə və digər qayğılara görə müəyyən vaxt lazımdır. Mən də bütün zamanımı bu işlərə ayırmışam. Mən xəbər aparıcısıyam və efirə də canlı çıxıram. Hər dəfə də kanaldan icazə almaq olmur. Bu səbəbdən işimdən ayrılmalı oldum”.
Qeyd edək ki, S.Mustafayeva uzun müddət “Azad Azərbaycan” televiziyasında xəbərlər proqramının aparıcı olub. O, daha sonra işindən ayrılaraq gözəllik salonu açıb. 2020-ci ildən isə Samirə televiziyaya qayıdaraq AzTV-də çalışmağa başlayıb.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
13:38 / 17.05.2024
Samirə Mustafayeva AzTV-dən GETDİ – SƏBƏB/AÇIQLAMA
Hazırda oxunan: Samirə Mustafayeva AzTV-dən GETDİ – SƏBƏB/AÇIQLAMA
Hazırda oxunan: Samirə Mustafayeva AzTV-dən GETDİ – SƏBƏB/AÇIQLAMA
192556
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.