Roza: “Bəziləri kimi bu sənətə bədən quruluşu və “day-day” hesabına gəlməmişəm” – VİDEO 

Roza: “Bəziləri kimi bu sənətə bədən quruluşu və “day-day” hesabına gəlməmişəm” – VİDEO 

Hazırda oxunan: Roza: “Bəziləri kimi bu sənətə bədən quruluşu və “day-day” hesabına gəlməmişəm” – VİDEO 

192551

“Sosial şəbəkədə haqqımda xoşagəlməz ifadələr yazanlar vecimə deyillər. Səbəb isə odur ki, onların əksəriyyəti saxta səhifələrdəndirlər, yəni şəkili, adı olmayanlardır. Mən bu sənətə 24 il əvvəl gəlmişəm. Bu sənətə gəlməyim üçün mənə nə heç bir kişi dəstək durmayıb, nə də bir insan mənə pul verməyib. Mən özüm öz sənətimlə... Bəziləri kimi tapşırıqla, bədən quruluşu ilə, “day-day”, “əmi” və pul hesabına bu sənətə gəlməmişəm. Necə geyinirəmsə, bu mənim öz şəxsi işimdir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli qonaq olduğu “Tarixin bir günü” verilişində deyib. 

Sənətçi onun açıq-saçıq geyimlərini sosial şəbəkədə tənqid edənlərə sərt şəkildə cavab verib: 

“Siz, sosial şəbəkələrdə haqqımda neqativ şərhlər yazanlar, məni açıq-saçıq görmək istəyirsiniz. Bəs, niyə bəyənmirsiniz? Bu günlərdə yeni mahnıma klip çəkdirdim. Klipdə başımı çalma ilə örtmüşəm, yazıblar ki, “həci xanımdır”. Çalma nə vaxtdan “həci xanım” əlaməti olub? Çalma – aksessuardır. Şlyapa taxmışam, yazıblar ki, “dama”san. Biraz oxuyun, mütaliə edin. Savadsız fikirləriniz və “plintus” səviyyəsində sözlərinizlə məni bezdirmisiniz”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO