Nazənin: “Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO 

Nazənin: “Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO 

Hazırda oxunan: Nazənin: “Yazırlar ki, əməliyyatdan sonra Maykl Ceksona oxşayırsan” – VİDEO 

192501

“Plastik əməliyyat olundum və 17 gün sonra efirə çıxdım. Hətta tikişlərim belə sökülməmişdi. Yazılan tənqid dolu şərhlər normal haldır və mən onlara hazır idim”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Xəzər axşamı” verilişində qonaq olan müğənni Nazənin Salayeva deyib. 

Sənətçi bildirib ki, əməliyyatdan sonra onu dünya pop kralı Maykl Ceksona bənzədirlər: 

“İnsanlar var, bilmirlər ki, o tənqid etdikləri şəxs əməliyyat olunub, yoxsa yox. Ünvanıma yazırlar ki, Maykl Ceksona oxşayırsan. Bilsələr də, bilməsələr də yazırlar. Təki yazmağa söz olsun”. 

Salayeva keçirdiyi plastik əməliyyatlardan razı qaldığını vurğulayıb: 

“Keçirdiyim plastik əməliyyatın üzərindən heç bir il keçməyib. Əməliyyat olunandan sonra dərhal effekt almaq olmur. Gərək bir müddət keçsin ki, şiş yatsın və nəticə bilinsin. Plastik cərrah mənim üzümü çox dartmayıb. O, üzümdəki, təbiiliyi qoruyub, saxlayıb. Mən əksinə yazılanları sevirəm. Uğurum var ki, onlar mənə tənqidi fikirlər yazırlar”. 
Qeyd edək ki, Nazənin Salayeva bir müddət əvvəl özəl klinikaların birində üz və alıngərmə əməliyyatları keçirib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO