Səbinə: “Avroviziya” təmsilçilərimizə uğur diləyirdilər, indi onları təhqir edirlər - VİDEO

Səbinə: “Avroviziya” təmsilçilərimizə uğur diləyirdilər, indi onları təhqir edirlər - VİDEO

Hazırda oxunan: Səbinə: “Avroviziya” təmsilçilərimizə uğur diləyirdilər, indi onları təhqir edirlər - VİDEO

192214

Əməkdar artist Səbinə Babayeva builki “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində finala vəsiqə qazana bilməyən təmsilçilərimiz Fahree (Fəxri İsmayılov) və İlkin Dövlətovdan söz açıb. 

Bizim.Media xəbər verir ki, sənətçi təmsilçilərimizin yarışmadakı çıxışını uğursuz adlandırıb aşağılayan sosial şəbəkə əhlini sərt şəkildə tənqid edib. 

“Bu məsələ ilə bağlı mən “Instagram” sosial şəbəkə hesabımda paylaşım edərək, fikrimi bildirmişdim. Yazdım ki, təmsilçilərimizin çıxışından bir həftə əvvəl onlara uğur diləyirdiniz, bu gün isə onları tənqid də yox, təhqir edirsiniz. Belə xainlik etmək olmaz. Onlar bizim təmsilçilərimiz, qanımız, canımızdır. Onlar Avropa səhnəsində ölkəmizi təmsil ediblər. Bu bir təcrübədir. Biz hər zaman “beşliyə” çıxmayacayıq ki... “Avroviziya”nın tarixinə nəzər salsaq görərik ki, hər il sənin “final”a, “üçlüyə” və ya “beşliyə” düşmək imkanınız yoxdur. Biz bundan nəticə çıxardıb nəsə başqa bir üslub axtarıb, tapmalıyıq”. 

Səbinə həmkarı, Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri, müğənni Eldar Qasımovdan istefasını tələb etməsi ilə bağlı məsələyə də münasibət bildirib: 

“Bu məsələ ilə bağlı yazılan şərhləri görməmişəm. Amma belə bir şey varsa, buna münasibətim çox pisdir. Çünki yıxılana balta vurmazlar. Biz çox gözəl millətik. Mən öz millətimi çox sevirəm. Amma bizim insanlarda yersiz tənqid etmək var. Baxır bu tənqidi kim edir. Sən gərək bu sahənin insanı olasa və bu sahəni analiz edəcək düşüncəyə sahib olasan ki, oturub kimisə tənqid edəsən”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO