Müğənni Roza Zərgərli geyimi ilə gündəmə damğa vurub.
Bizim.Media xəbər verir ki, vücudu ilə ağızlarda “saqqız” olan sənətçi məclislərin birinə qısa, bordo rəngli, sinə və qarın dekolteli libasda qatılıb.
Geyimi ilə yanaşı diqqət çəkən məqam isə Zərgərlinin bədən quruluşu xüsusi ilə qarnındakı presslər və ombası olub.
Roza paylaşdığı videoda “Geyimim ilə bağlı çox da özünüzü yormayın, çünki vecimə deyil” sözlərini dilə gətirib.
Rəşad Əliyev, Bizim.Media