Elnarə Xəlilova: “Şükür edirəm ki, övladlarım tərbiyəsiz deyillər” - VİDEO

Elnarə Xəlilova: “Şükür edirəm ki, övladlarım tərbiyəsiz deyillər” - VİDEO

Hazırda oxunan: Elnarə Xəlilova: “Şükür edirəm ki, övladlarım tərbiyəsiz deyillər” - VİDEO

191947

“Kiçik övladım Ərtoğrulun 8 yaşı var, çox ərköyündür. Bizim kuklamızdır. Günü bu gün də onu ərim Rövşənlə ortamızda yatızdırırıq. Səhərə kimi Rövşən öpür, mən öpürəm. Mən deyirəm sevgilim, o, deyir... Yəni bax belə... Səhərə kimi oğlum Ərtoğrulla sevişirik. Çox şirindir. Onun adını uşaqlıqdan “Dadlı” qoymuşduq. İndi də çix insan onu “Dadlı” deyə çağırır. Çox ağıllıdır, şuluqdur. Böyüklərin tökdüyünü yığır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova qonaq olduğu “YouTube” da yayımlanan “AStar” verilişində deyib. 

Sənətçi bildirib ki, qonşuları onun övladlarının olduqca tərbiyəli olduğunu ona söyləyirlər:  

“Mən Ərtoğrula dərs öyrətməyə çalışanda mənə söyləyir ki, “Tuğar və Öndər dərs edib, məndən dərsi öyrənməyimi istəyirsən? Nə zaman onlar öyrənərlər məndə öyrənərəm”. Artıq Ərtoğrul öz aləmində haqqını məndən tələb edir. Amma onlar nə qədər  nadinc olsalar da şükür Allaha ki, övladlarım tərbiyəsiz deyillər.

Liftə qonşu ilə minirəm. Heç bilmirəm o qonşu neçənci mərtəbədə qalır. Biz 15-ci mərtəbədə qalırıq. Qadın və ya kişi fərq etmir, ağızdolusu uşaqlarımdan danışırlar. Əsas da oğlan övladlarımdan. Deyirlər ki, “Sizin övladlarınız necə qabiliyyətli, qanacaqlı və tərbiyəli uşaqlardır”. Mən də onlara cavab verirəm ki, “Dəqiq mənim uşaqlarımı nəzərdə tutursunuz (gülür)”. 
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin mayoru Rövşən Cahangirovla ailəli olan Elnarənin bu nikahından 4 övladı var. Elnarə Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanıdır. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO