Nəsibə Zeynalovanın 45 il əvvəl çəkilən FOTOLARI üzə çıxdı 

Nəsibə Zeynalovanın 45 il əvvəl çəkilən FOTOLARI üzə çıxdı 

Hazırda oxunan: Nəsibə Zeynalovanın 45 il əvvəl çəkilən FOTOLARI üzə çıxdı 

191863

Azərbaycan Dövlət Film Fondu mərhum Xalq artisti Nəsibə Zeynalovanın arxiv fotolarını üzə çıxarıb. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Fond sosial şəbəkə hesablarında paylaşım edib. 

Qurum aktrisanın 45 il əvvəl lentə alınan şəkillərini yayımlayıb. “Qocaman fotoqraf, “Azərbaycanfilm” kinostudiyasının veteranı Məmməd Babayevin şəxsi arxivindən Azərbaycan Dövlət Film Fonduna nadir fotosənədlər daxil olub.

Təqdim olunan fotosənədlər “Qayınana” filminin yaradıcı heyətinin 1979-cu ildə Aşqabad şəhərində keçirilən Ümumittifaq Kinofestivalında iştirakını əks etdirir.

Qiymətli arxiv materiallarında filmin quruluşçu rejissoru Hüseyn Seyidzadə, aktrisalar Nəsibə Zeynalova və Tanilə Əhmərovanın nadir görüntülərinə rast gəlmək mümkündür”, - deyə paylaşımda yazılıb. 
Qeyd edək ki, Nəsibə Zeynalova 2004-cü ildə 87 yaşında dünyasını dəyişib. Ölməz sənətkar Fəxri Xiyabanda dəfn olunub. 








Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO