"Avroviziya-2024"ün qalibi qazandığı mükafatı SINDIRDI - VİDEO

Hazırda oxunan: "Avroviziya-2024"ün qalibi qazandığı mükafatı SINDIRDI - VİDEO

191656

“Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin isveçrəli qalibi Nemo şounun bağlanış mərasimində çıxışı zamanı ehtiyyatsızlıqdan qazandığı şüşə mikrofonu səhnədə sındırıb.

Bizim.Media xəbər verir ki, ifaçı şəffaf şüşədən hazırlanan klassik mikrofon tərzdə olan əl işini səhnədə yerə qoyarkən iki hissəyə ayrılıb.

Bu hadisə anbaan müsabiqənin canlı yayımında nümayiş olunub. Qırıq hissələri Nemo əlində tutaraq ayağa qalxıb.

Qeyd edək ki, İsveçrə Malmö şəhərində keçirilən mahnı müsabiqəsində Nemonun “The Code” mahnısı ilə 591 xalla qalib olub. O, münsiflər heyətindən 365 bal və izləyicilərdən 226 xal toplayıb.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO