Xəbər verdiyimiz kimi, ötən gecə nüfuzlu “Avroviziya 2024” beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
Bizim.Media xəbər verir ki, yarışmanın şou hissəsində türkiyəli müğənni Sertap Erener çıxış edib.
O, 21 il əvvəl “Avroviziya” səhnəsində ona birincilik qazandıran “Everyway Than I Can” mahnısını oxuyub. Sənətçinin səhnə perfomansı Avropa tamaşaçısı tərəfindən coşqu və rəğbətlə qarşılanıb.
Diqqətçəkən məqam isə müsabiqənin pərəstişkarlarının Sertapın mahnısını əzbərdən onunla bir yerdə oxuması olub.
S.Erenerin çıxışını təqdim edirik:
Rəşad Əliyev, Bizim.Media