Avropa çempionu olan xanəndə: “Dedilər, adam o geyimdə mahnı oxuyar?”

Avropa çempionu olan xanəndə: “Dedilər, adam o geyimdə mahnı oxuyar?”

Hazırda oxunan: Avropa çempionu olan xanəndə: “Dedilər, adam o geyimdə mahnı oxuyar?”

191122

Keçmiş Baş nazir Novruz Məmmədovun kürəkəni, xanəndə Pərviz Qasımov bir neçə gün əvvəl sosial şəbəkələrdə tənqid olunan qalmaqallı videosundan danışıb. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “El canlı” verilişində danışıb. 

Barselonada keçirilən bodibildinq üzrə yarışda Avropa çempionu olan Pərviz səhnəyə çıxmazdan əvvəl idmançı dostları arasında yarıçılpaq halda Azərbaycanla bağlı mahnını oxumasını belə şərh edib: 

“Səhnəyə çıxmazdan 5 dəqiqə əvvəl mahnı oxudum. Onu ictimailəşdirdilər, dedilər, adam o geyimdə mahnı oxuyar? Adam o geyimdə himn səslənəndə əlini sinəsinə qoyub dayana bilirsə, mahnı oxuya bilməz?” 

Qeyd edək ki, sabiq Baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad olunub. 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO