Nərgiz Mirbabayeva həyat yoldaşı Xalq artisti Miri Yusiflə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, Nərgiz sənətçi ərinin evlərinin bağçasında gizli çəkdiyi videosunu sosial şəbəkə hesabında paylaşaraq ondan şikayətlənib.
Nərgizin gileylənməsinə səbəb Miri Yusifin evdə tez-tez təmir işlərinin aparması olub:
“Bu təmir işlərindən bezmişəm. Bu kişinin nəyisə təmir etmək hobbisi var. Bir saatlıq idmana getdim, gəldim ki, evimiz yenə ustalarla doludur. Mənə söz verib ki, təmir işlərini bitirmişik. Amma ustaları yığıb gətirib”.
Qeyd edək ki, Miri Yusif ailəsi ilə birlikdə pandemiya ərəfəsində Türkiyənin İzmir şəhərinə köçüb.
Rəşad Əliyev, Bizim.Media