Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət etdi - FOTO

Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət etdi - FOTO

Hazırda oxunan: Aygün Bəylərin ailəsi tiktoker Ləmanla bağlı polisə şikayət etdi - FOTO

190955

Mərhum Əməkdar artist Aygün Bəylərin ailəsi "TikTok" video platformasında məşhurlaşan Ləman Vəliyeva ilə bağlı polisə şikayət edib.

Bizim.Media xəbər verir ki, buna səbəb tiktokerin mərhum sənətçi ilə bağlı canlı yayımda xoşagəlməz və nalayiq ifadələr işlətməsi olub.

"Biri var, Aygün Kazımovaya udursan, biri də var Aygün Bəylərə uduzursan (daha sonra nalayiq ifadələr işlədir - red.)", - deyə Ləman sosial şəbəkədə açdığı canlı yayım zamanı deyib.

Sosial şəbəkələrdə yayılan həmin video xanəndənin ailəsini narahat edib. Onlar Aygün Bəylərin sosial şəbəkə hesabı vasitəsi ilə hüquq mühafizə orqanlarına müraciət postu yayımlayıblar:

"Aygün Bəyləri hansısa tiktoker təhqir edir. Xahiş edirəm, məsələ nəzarətə alınsın".

Qeyd edək ki, L.Vəliyeva "TikTok" video platformasında daha əvvəl də qeyri-etik ifadələr səsləndirdiyinə görə polis bölməsinə çağırılıb.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO