Kənd sakinləri daxili yolu özləri təmir edir - FOTO

Kənd sakinləri daxili yolu özləri təmir edir - FOTO

Hazırda oxunan: Kənd sakinləri daxili yolu özləri təmir edir - FOTO

192898

Uzun müddətdir bərbad vəziyyətdə olan Cəlilabad rayonunun Moranlı kənd daxili yolları burada yaşayan kənd sakinlərinin təşəbbüsü ilə və şəxsi vəsaitləri hesabına təmir edilir.

Bizim.Media xəbər verir ki, əhalisi min nəfərdən çox olan kənd sakinləri daxili yolların bərbad vəziyyətdə olmasının hər tərəfli çətinlik yaratdıgını bildirərək yolu öz təşəbbüsləri ilə gəliş-gedişə uygunlaşdırmagı qərara alıblar.

Təmir ediləcək yol 2 kilometrlik kənddaxili hissəni əhatə edəcək. Xüsusi texnika vasitəsi ilə əvvəlcə hamarlanan yola artıq daş-çinqıl örtük çəkilir. 
Yolun hərəkətə uyğunlaşdırılmasında şəxsi texniki nəqliyyat cəlb olunduğu kimi fiziki qüvvə də kənd könüllülərindən ibarətdir.

Qeyd edək ki, kənd daxili yollar əsasən torpaq qatlı olduğundan xüsusi ilə yagışlı havalarda keçilməz bataqlıga dönürdü. 




Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO