Orxan Lökbatanlı: “Əvvəllər elçi gedəndə nəsli, indi isə imkanı ilə maraqlanırlar” - VİDEO

Orxan Lökbatanlı: “Əvvəllər elçi gedəndə nəsli, indi isə imkanı ilə maraqlanırlar” - VİDEO

Hazırda oxunan: Orxan Lökbatanlı: “Əvvəllər elçi gedəndə nəsli, indi isə imkanı ilə maraqlanırlar” - VİDEO

190814

“Bizi məhv edən və bədbəxtçiliklərə vadar edən çərçivələrdir. Əgər söhbət ailə qurmaqdan gedirsə… Əvvəllər toy kasetlərinə baxardılar, filankəsin qızını bəyənərdilər və oğlanı dirəyib deyirdilər ki, onu almalısan. Bəlkə onların heç xasiyyəti düz gəlmir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri meyxançı Orxan Lökbətanlı qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Sənətçi bildirib ki, əvvəllər elçi gedəndə nəsli, indi isə var-dövləti ilə maraqlanırlar: 

“Qeyrətli, mərifətli, mərd və həqiqətən də ailə qurmaq istəyən oğlan gedib həmin qızla görüşər və bir stəkan çay içər. Əgər oğlan da, qız da həqiqətən yaxşı və xasiyyətini qoruyan insanlardılarsa, rusun bir sözü var “lişni” (artıq) bir şey ola bilməz. İnsan insanla danışmalıdır, ünsiyyət qurmalıdır. Bu gün gənclərimizin əksəriyyətini bədbəxt edən bilirsiniz nədir… Əvvəllər elçi gedəndə, oğlan üçün qız bəyənəndə nəslini maraqlanırdılar, indi amma imkanını sorğu-sual edirlər”. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO