Bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə hər il keçirilən “Bakı Marafonu 2024” baş tutub.
Bizim.Media xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında artıq 7-ci dəfə təşkil olunan marafon Dövlət Bayrağı Meydanından başlayıb.
21 kilometrlik məsafəni əhatə edən yarışmanın bitəcək nöqtəsi Dövlət Bayrağı Meydanında olacaq.
200-dən çox fəxri qonağın və 6 mindən çox tələbənin iştirak etdiyi marafona şou-biznesin məşhur simaları da qatılıb.
Yarışa "start" işarəsini Xalq artisti Aygün Kazımova verib. Müğənni orada həmçinin sevilən hitlərini də səsləndirib.
Qeyd edək ki, “Bakı marafonu” 2016-cı ildən etibarən ənənəvi olaraq təşkil olunur.
Rəşad Əliyev, Bizim.Media