Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, Əməkdar artist Rəhman Rəhmanov növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətkar qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində bildirib ki, illər əvvəl çəkildiyi 50 bölümlük serialdan aldığı qonorarla evindən baha avtomobil alıb.
“Mən bir dəfə yaxşı pul qazanmışam. Günlərin bir günü türk rejissor Bakıya gəldi. O burada 50 bölümdən ibarət serial çəkirdi.
Mənə baş rolu verdi. Bunun müqabilində mənə yaxşı qonorar verdi. O pula isə mən özümə bahalı və gözəl avtomobil aldım. O avtomobil evimdən də baha idi. O maşını biraz sürdüm. Sonra pulum olmadı, satdım və evə xərclədim”, - deyə R.Rəhmanov vurğulayıb.
Rəşad Əliyev, Bizim.Media