Xuraman:

Xuraman: "Ərim bilmir ki, toydan nə qədər qazanıram, qəpiyimdə gözü yoxdur" - VİDEO

Hazırda oxunan: Xuraman: "Ərim bilmir ki, toydan nə qədər qazanıram, qəpiyimdə gözü yoxdur" - VİDEO

189346

"Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. O, 2008 ya da 2009-cu ildə haqqımda film çəkdi. Mənə zəng vurmuşdular, deyəsən verilişin adı "Evə gəl" idi. Mən də yola verməkdə bir nömrəyəm. Çəkiliş olacaqdı, yatıb qalmışam. Maşın sürə-sürə makiyaj edib çatdırdım özümü. Elçin onda rəhmətlik anamı da çəkirdi. Namaz vaxtı gəldi, Elçin çəkilişi dayandırdı gedib namazını qıldı. Ay Allah oradaca o anamın gözündə ucaldı. Onda mən ona aşiq olmamışdım. Əvvəl elə bilirdim mən onu evlilik tələsinə salmışam, amma sən demə o məni salıbmış".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı qonaq olduğu "Həftənin qonağı" verilişində deyib.

Sənətçi "İctimai" televiziyada çalışan həyat yoldaşı rejissor Elçin Məmmədovla tanışlığı və münasibətlərindən bəhs edib:

"Elçinlə çox gözəl münasibətimiz var. Biz onunla ilk dost olmuşuq. Həmin çəkilişdən sonra ona hörmətim daha da artdı. O elə həyalı idi ki... Bir insan olaraq onun həyasını sevdim. Şükür Allaha ki, hələ də elədir, yoxsa onu öldürərdim. Göz-qaşı qaynayan oğlanla ailə qurmazdım.  Ailədə qərarları hər ikimiz veririk. O, çox ağıllıdır. Çox çalışıram ki, onun ağlına çatım. Elçindən səbri öyrənirəm. O, mənim kimi adama dözürsə, deməli səbrlidir. Həmişə deyirəm ki, görəsən hansı hərəkətimin mükafatıdır. Elçin də mənim üçün bunu deyir. Amma arada Elçinə deyirəm ki, hansı günahlarımın cəzasısan. Amma bunu təbii ki,  zarafatla deyirəm. Elçini çox tərifləmək istəmirəm. Qorxuram, birdən nə vaxtsa məni yanıldar və o tərifi dediyimə görə peşman olaram. Elçinin xəstə olmasından çox qorxuram. Bilmirəm, bəlkə də atam xəstə olub deyə o qorxu məndə var".

Aparıcı Ülvira Qarayevanın "Bir dəfə Elçin çox az maaş alır və bu, yalnız kommunal xərclərə çatır demişdin. Bu müsahibədən sonra Elçin səndən incimişdi?" sualına Xuraman belə cavab verib:

"Yalan danışıb, deməli idim ki, həyat yoldaşım oliqarxdır? Bilirdim kiminlə ailə qururam. Bilmişəm ki, o, dövlət kanalında çalışır və oradan alınan maaş bəllidir. Lakin o, çalışır ki, nələrsə etsin. O indi bizə görə gedib oğurluq etməli deyil ki. Əgər Allah ruzini və bərəkəti mənə verirsə, buna görə çox şükür edirəm. Nə mənim qazancım Elçinin, nə də onunki mənim deyil. Bu, uşaqlarımızın qazancıdır. Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram. Onun mənim  qəpiyimdə belə gözü yoxdur. Hətta olub ki, demişəm, gəl sənin maşınını dəyişək. Deyib ki, mənə lazım deyil, öz qazancım var. Həyat yoldaşıma pul vermirəm, ya da o istəmir ki, toya getmisən, gətir bura ver. Bizim ailədə belə şey yoxdur. Amma belə ailələr də var. Elçin həm də gözəl övladdır. Ailənin tək oğludur və valideyinlərinə də baxır. O can atır, işləmək istəyir, amma nə etsin ki, müğənni deyil. O çox gözəl atadır".

Qeyd edək ki, Xuraman və Elçin cütlüyünün 4 övladı var.
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO