Fatimə: “Çörək verdiyim qadın ifaçı ölməyim üçün mənə bəddua edib” – VİDEO 

Fatimə: “Çörək verdiyim qadın ifaçı ölməyim üçün mənə bəddua edib” – VİDEO 

Hazırda oxunan: Fatimə: “Çörək verdiyim qadın ifaçı ölməyim üçün mənə bəddua edib” – VİDEO 

189266

“Göyçək” ləqəbi ilə şou-biznesdə məşhurlaşan rəqqasə Fatimə Fətəliyeva ona qarğış edən xanım müğənnini efirdə ifşa edib. 

Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu “Günaydın, Azərbaycan!” verilişində danışıb. 

Fatimə bildirib ki, özü ilə məclislərə apardığı müğənni onun ölməsi üçün arxasıyca qarğışlar edib: 

“Bu haqda heç bir verilişdə danışmamışam. İlk dəfə sizin efirdə danışacağam. O qadın ifaçının adını açıqlamayacağam. Amma danışandan sonra kimdən söz açıldığını hamı biləcək. Kimsə kiminsə canına qıyar ki, desin “Allah onu öldürsün?!” Biri var, bu sözləri yad bir insandan eşidəsən. Biri də var ki, çörək verdiyin insan bu sözləri desin. 

Bu musiqi aləmində olan məsələlərdir. Bu qadın musiqiçilərin arasında olanlardır. İllərdir ki, mən həmin xanım ifaçıya çörək vermişəm. O bir çox ansambllarda çalışan ifaçıdır. Mənim Təhminə adlı müğənnim var. O musiqi işlərinə baxır və mənimlə birlikdə çalışır. Günlərin bir günü məclislərin birindəyik. Bir mahnı oxuyurdum, gördüm ki, söz açdığım həmin qadın ifaçı telefonda kimləsə yazışır. Hardasa 40 dəqiqəyə yaxın o kimləsə mesajlaşdı. Bu hadisənin üzərindən 2 gün keçdi. 
Müğənnim Təhminəyə tanımadığı bir insan yazıb ki, sizin ansamblınızda bir ifaçı qız var, o mənə mesaj göndərib ki, “Fatimə ilə Təhminəni elə et ki, onlar ölsünlər”. Təhminə də artıq uzun müddətdir ki, onkoloji xəstəliklə mübarizə aparır. Mən Təhminənin yanındayam. Ona söz vermişəm ki, səni bu vəziyyətdə əsla tək qoymayacağam. Onun heç kimi yoxdur və səhhəti də çox ağırdır. Axı olmaz belə bəd dua, bəd niyabətlik etmək. 

Bu gün mən bu haqda heç danışmaq istəmərəm. Amma artıq çoxları bu hadisədən xəbərdardır. O qadın ifaçı hara gedirsə, deyir ki, mənə şər atıblar və mən belə şey deməmişəm və etməmişəm. Necə yəni sənin nömrən düşüb, bu da bir sübütlardan biridir. Mən o ifaçı qadınla çörək kəsmişəm, amma onun mənə etdiklərinə bax”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO