Xalq artisti Nəzakət Teymurova növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “Zaurla Günaydın” verilişində sənət yolunda badalaq vuran həmkarlarından söz açıb.
Teymurova onları “min sifətli” adlandırıb:
“Hər zaman deyirəm gərək qəlbinə pislik hüceyrələrini buraxmayasan. Allaha dua edəndə deyirəm ki, çirkinliklərdən, pisliklərdən məni uzaq elə. Qəlbimi sevgi ilə doldur. Əvvəllər deyirdilər ki, bu insan “ikiüzlüdür”. İndi isə “minüzlü” insanlar var. Bizim sənətdə də bu cür insanlar var. Allah bizi “minüzlü” insanlardan uzaq etsin. Hər günümüz isə xoş keçsin”.
Rəşad Əliyev, Bizim.Media