Nüşabə Ələsgərli: “İlhamə Quliyeva üzdə özünü sındırmırdı, amma qəm içində idi” – VİDEO 

Nüşabə Ələsgərli: “İlhamə Quliyeva üzdə özünü sındırmırdı, amma qəm içində idi” – VİDEO 

Hazırda oxunan: Nüşabə Ələsgərli: “İlhamə Quliyeva üzdə özünü sındırmırdı, amma qəm içində idi” – VİDEO 

189219

“İlhamə xanımın müsbət cəhətləri və kaprizləri var idi. Kaprizlərini insan kimi başa düşürdüm. Uşaqlıqdan ərköyün böyümüşdü, eqoistliyi də çox idi. Diqqət mərkəzində olmağı, sevilməyi xoşlayırdı”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli qonaq olduğu “Xəzər axşamı” verilişində deyib. 

Mərhum Xalq artisti İlhamə Quliyevadan söz açan sənətçi bildirib ki, onların dostluğu aralarında yaşanan qalmaqaldan sonra başlayıb: 

“Ona hər zaman kiçiklik etməyə çalışırdım və edirdim. Anam 1939-cu ildən idi. O da 1941-ci ildə dünyaya gəlmişdi. Yaşını nəzər alaraq, ona bir ana kimi davranırdım. Amma özünə ana desəydim, acığına gələrdi. Özünü bizimlə rəfiqə kimi aparırdı. Tək qalanda nələr çəkdiyini, yaşadığını bilirdim. 

Üzdə özünü sındırmırdı, amma qəm içində idi. Bizim onunla yaxınlığımız böyük bir problem yaşadıqdan sonra oldu. Böyük çaxnaşma olmuşdu. Savadlı qadın idi, oturub düşünərdi. Bildi ki, qarşısındakı haqlıdır və özü addım atdı, barışdıq. Anası Tükəzban İsmayılovanın da, mənim də ad günüm dekabrın 21-dədir. Anasının hər doğum günündə məni də yanında görmək istəyirdi”. 

Qeyd edək ki, ekspertizanın ilkin nəticələrinə əsasən, Xalq artisti İlhamə Quliyeva trombdan (qan damarının tutulması) 2016-ci ildə dünyasını dəyişib. O, 1880-ci illərdə qısa müddətli ailə həyatı qurub. Çox qısa sürən bu evlilik zamanı o, hətta həyat yoldaşının soyadını – Mirmöhsümova soyadını daşıyıb. İlhamə xanımın həyat yoldaşı isə Faiq Mirmöhsümov olub. Lakin İ.Quliyeva qısa müddətdən sonra bu evliliyə son qoyub, yenidən Quliyeva soyadına qayıdıb. Xalq artistinin övladı olmadığı üçün, o, Orxan adlı oğlanı övladlığa götürüb. 
 

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO