Meyxanaçı İntiqam Rüstəmov baba olub.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 Tamam" verilişində məlumat yayıb.
İntiqam bildirib ki, onun dördüncü nəvəsi dünyaya gəlib:
"Oğlumun oğul övladı oldu. Uşağa Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adını vermişik. Heç kimə ağıl verə bilmərik, amma tövsiyə edirəm ki, dünyaya gələn uşaqlara şəhidlərimizin adını verək. Tarixdən silinməsinlər, yaddaşlarda qalsınlar".
Qeyd edək ki, 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz istiqamətində gedən döyüşlərdə tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xəttdə qəhrəmancasına şəhid olub. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır.
Rəşad Əliyev, Bizim.Media