“Space” TV-yə məhkəmədə qalib gələn aparıcı Zamirə kanalın rəsmi əməkdaşı oldu – FOTO 

“Space” TV-yə məhkəmədə qalib gələn aparıcı Zamirə kanalın rəsmi əməkdaşı oldu – FOTO 

Hazırda oxunan: “Space” TV-yə məhkəmədə qalib gələn aparıcı Zamirə kanalın rəsmi əməkdaşı oldu – FOTO 

188602

““Space” televiziyası ilə bağlı problemə bu gün son qoyduq. Məhkəmənin qərarı nəhayət icra olundu. Mənə ödənilməli məbləğin bir qismi ödənildi. Bir hissəsini isə kanalın rəsmisi yaxın günlərdə ödəyəcəklərini bildirdi. Artıq mən “Space” televiziyasının rəsmi əməkdaşı hesab olunuram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Zamirə Dadaşova sosial şəbəkə hesabında paylaşdığı postda yazıb. 

“Space” telekanalı ilə məhkəməlik olub və qalib gələn Zamirə bildirib ki, artıq sözügedən televiziyasının rəsmi əməkdaşıdır: 

““Space” televiziyası ilə əməkdaşlıq edib-etməyəcəyimi isə zaman göstərər. Bu gün özlərinə də dedim. Sabah kimin harada olacağı bəlli deyil. Mən “Space” televiziyasına qayıtdım, amma sabah Vado Korovinin kanala rəhbərlik edib-etməyəcəyi bəlli deyil. Elə mənim də sabah hansı vəzifələrdə ola biləcəyim sual altındadır. Bircə onu deyirəm ki, Allah heç kimi heç kimin yanında xəcalətli etməsin. Bir-birimizi görəndə atdığımız addımlardan utanmayaq. Üzlərə baxmağa üzümüz olsun. Bu da bir hekayənin sonu. Gözəl başlanğıclar arzusu ilə...” 
Qeyd edək ki, Zamirə Dadaşova “Space TV”nin rəhbəri Vado Korovin tərəfindən heç bir xəbərdarlıq edilmədən işdən çıxarıldığını, daha sonra isə əmək kitabçasının ona verilmədiyini bildirmişdi. Zamirə daha sonra onu məhkəməyə vermişdi. Aparıcı daha sonra məhkəmədə qalib gəldiyini açıqlamışdı.


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO