58 yaşlı Məleykə: “Anam məni dünyaya gətirmək istəmirmiş” – VİDEO 

58 yaşlı Məleykə: “Anam məni dünyaya gətirmək istəmirmiş” – VİDEO 

Hazırda oxunan: 58 yaşlı Məleykə: “Anam məni dünyaya gətirmək istəmirmiş” – VİDEO 

188597

“Çox gözəl ailədə dünyaya gəlmişəm, amma arzuolunmaz övlad olmuşam. Məndən əvvəl iki bacım dünyaya gəlib. O zamanlar anam Tibb Universitetində təhsil alırmış. Atam isə ailənin bir oğlu, yəni iki bacının bir qardaşı olub. Atam anamı qaçırmışdı. Belə olan halda isə anam universitetin 5-ci kursunu oxuya bilməyib. Təhsilini də tam bitirə bilməyib. Atam həddən artıq çox qısqanc insan olub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri bu gün doğum gününü qeyd edən Xalq artisti Məleykə Əsədova qonaq olduğu “Günaylı gün” verilişində deyib. 

58 yaşına qədəm qoyan sənətçi dünyaya göz açdığı ailəsindən söz açıb: 

“Neftçala rayon yeri olduğundan bibilərim və digər qohumlarım deyirdilər ki, iki qızın var, üçüncü oğlan olsun. Anam da həkim olduğundan bilib ki, üçüncü övladı da qız olacaq. Bu səbəbdən isə anam məni dünyaya gətirmək istəmirmiş. O, qızın əlamətlərini hiss edirmiş. Amma anam məni dünyaya gətirdi. Neftçalada Raya adlı bir həkim xanım var idi.
O, atama qorxa-qorxa məni gətirib deyib ki, sizin mələyə oxşar qızınız dünyaya gəlib. Qıvrımsaç, sapsarı və dodaqları ağappaq bir uşaq olmuşam. Atam da deyib ki, qızımın adı elə Məleykə olsun, mələk kimi bir qız... Nə yaxşı ki, atam mənə Məleykə adını qoyub və mən də atamın və anamın, əqidəli və vicdanlı insanların qanından dünyaya gəlmişəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO