Nazpəri efirdə KÖVRƏLDİ: “Şöhrətim alagözlü balamı alıb, apardı özü ilə” – VİDEO 

Nazpəri efirdə KÖVRƏLDİ: “Şöhrətim alagözlü balamı alıb, apardı özü ilə” – VİDEO 

Hazırda oxunan: Nazpəri efirdə KÖVRƏLDİ: “Şöhrətim alagözlü balamı alıb, apardı özü ilə” – VİDEO 

188589

“Həyatımda “yaxşı ki”lər çoxdur, amma bir “kaş ki” də oldu... Bu isə mən istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, “Hamıya inanma”. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı, sadiq insanlar daha çoxdur. Amma tanımadığım insanlara inandığım və onları tez qəbul etdiyim üçün problem yaşayıram və sonradan özümü pis hiss edirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Qonaqcanlı” verilişində deyib. 

Proqramın aparıcısının “Şöhrətiniz sizdən nəyi aldı?” sualına Dostəliyeva kövrələrək belə cavab verib: 

“Şöhrətim məndən alagözlü balamı alıb, apardı özü ilə... Övladımı apardı, içimdəki sevinci, gülər Nazpərini də aldı apardı. İçimdə yaşadığım böyük bir kədər... Övladım onu aldı məndən apardı”. 

Nazpəri, həmçinin bildirib ki, yaxınlarından zərbə alıb: 

“Əlbəttə, almışam... Etibarsızlıq, sədaqətsizlik görmüşəm. Onları bağışlayıram. Amma bağışladığım insanları artıq tanıyıram. Mən kinli deyiləm. Əgər bir insanı bağışlayıramsa, demək ki, kinim yoxdur”. 

Qeyd edək ki, Nazpərinin mərhum oğlu Əli ölümündən bir neçə il əvvəl həyat yoldaşından ayrılmışdı. Nəvəsi Tamerlan anası ilə birlikdə Moskvada yaşayır. Elə bu səbəbdən Dostəliyeva onunla uzun müddət görüşə bilməyib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO