Gövhər Rzayeva: “Şərhlərdə Cavanşirin ölümünü məsxərəyə qoyub, sözbazlıq edirlər” – VİDEO 

Gövhər Rzayeva: “Şərhlərdə Cavanşirin ölümünü məsxərəyə qoyub, sözbazlıq edirlər” – VİDEO 

Hazırda oxunan: Gövhər Rzayeva: “Şərhlərdə Cavanşirin ölümünü məsxərəyə qoyub, sözbazlıq edirlər” – VİDEO 

188345

“Şərhlərdə yazırlar ki, Cavanşir Məmmədovun 70 yaşı vardı da. Hərənin bir cür alın yazısı var. Cavanşir bir ailənin üzvü və başçısı idi. Allah heç bir ailəni başçısız, kişisiz etməsin. Kişi bir qadına arxa, dayaqdır. Xalqımız sözbazlıq edir. Hər sözdən söz çəkirlər. Sanki bir səbəb axtarırlar ki, dərhal yazıb, müzakirə etsinlər. Olmaz! Bu həyatdan hamımız üçün var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Gövhər Rzayeva qonaq olduğu “İncə səhər” verilişində deyib. 

Sənətçi iki gün əvvəl dünyasını dəyişən Əməkdar artist Cavanşir Məmmədovdan söz açıb. Rzayeva mərhum Məmmədov haqqında sosial şəbəkədə yazılan neqativ rəylərə üsyan edib: 

“Ataların bir misalı var: “Yatdım ölmədim, üzüldüm öldüm”. Hərənin bir alın yazısı var. Birdə görürsən ki, bir insan aylarla xəstə olur, amma ona heç nə olmur. Amma durduğu yerdə düz yolla gedirsən, başına iş gəlir. Studiyadan çıxdıqdan sonra başıma nə iş gələcəyini bilmirəm. Bu yaxınlarda nəvələrim və qızımla gəzirdim. Düz yolda yıxıldım. Uşaqlarım çox qorxdular. Qızım söylədi ki, “Ana, elə bildim ki, öldün”.

Hadisədir, olur. Heç kimi məsxərəyə qoymayın, sözbazlıq etməyin. Bu ölümləri görüb, heç olmasa özünüzə rəhmət aparın. Cavanşir müəllimin dəfn mərasiminə getmişdim. Külək saçımı dağıtmışdı. Həmin görüntüləri sosial şəbəkədə paylaşmışdılar. Şərhlərdə yazıblar ki, “Gövhərin saçları niyə “vız” qalıb?” Bilməmişdim, dəfnə gəlməmişdən əvvəl gərək, gözəllik salonuna gedib, saçımı “Babetta” yığdırardım və vizaj edərdim. Yas yerinə gəlmişəm...

Orada isə saç, makiyaj yada düşmür. Cavanşir bizim sənət dostumuzdur. Allah heç kimə qəfil ölüm qismət etməsin. Şərhlərdə yazıblar ki, “Cavanşirin varı-dövləti var. Onların hamısı balalarına qismət oldu. O da illərlə alın təri ilə çalışıb onlara nail olub. Cavanşir müəllimin fəhlə ilə bağlı açıqlaması camaata pis təsir etdi. Amma biz də oz sənətimizin fəhlələriyik. Mənim də qarmondan qollarımda “mazollar” var. Sözbazlıq etməyin... Heç kim o dünyaya özü ilə heç nə aparmır. Kəfənin cibi yoxdur”. 
Qeyd edək ki, C. Məmmədov iki gün əvvəl evində saat 12:05 radələrində qəfil ürəktutmasında dünyasını dəyişib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO