Xəbər verdiyimiz kimi, bu gün Əməkdar artist Cavanşir Məmmədov evində dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, 70 yaşında dünyasını dəyişən sənətkarın nəşi evindən Yasamal qəbiristanlığına gətirilib.
Müğənnini son mənzilə tanınmış incəsənət nümayəndələri yola salıblar.
Ruhuna dualar oxunandan sonra Cavanşir Məmmədov valideynlərinin yanında torpağa tapşırılıb.
Qeyd edək ki, Cavanşir Məmmədov bugün səhər saatlarında qəfil ürəktutmasından vəfat edib.
Rəşad Əliyev, Bizim.Media