Xatirədən aparıcı Günaya ETİRAZ: “Mənə belə suallar verməyin, acığım gəlir” – VİDEO 

Xatirədən aparıcı Günaya ETİRAZ: “Mənə belə suallar verməyin, acığım gəlir” – VİDEO 

Hazırda oxunan: Xatirədən aparıcı Günaya ETİRAZ: “Mənə belə suallar verməyin, acığım gəlir” – VİDEO 

187966

“Məbləğ və pul haqqında danışmaq ən acığıma gələn mövzulardır. Hətta başqa sənət dostlarım da efirdə qiymətdən danışanda acığım tutur. Çünki bu, efir söhbətləri deyil. Bu haqda mən də danışmaq istəmirəm. Lakin onu deyə bilərəm ki, Əbu-Dabidəki istirahətimizin xərclərini həyat yoldaşım Fəxrəddin Musazadə çəkib. Oğlumuz Emilin ad günü idi, Fəxrəddin sürpriz etdi. Bütün xərci də o çəkdi. Əbu-Dabiyə getməyi mən təklif etdim. Mənə belə suallar verməyin”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam qonaq olduğu “Günaylı gün” verilişində deyib. 

Sənətçi tez-tez efirlərə çıxmamasının səbəblərindən danışıb: 

“Hər verilişə getmirəm. Harada rahat oluramsa, o verilişə də çıxıram. Çox zaman getmədiyimə görə məndən inciyirlər. Amma onları mən çox istəyirəm. Hər verilişin öz formatı var. Bunu da gözəl başa düşürəm.
Çalışdığım qədər özümdən sualları yayındırıram. Amma görürsən ki, danışmamaq da olmur. Aparıcı mənə sual verirsə, müəyyən qədər cavab verməyə çalışıram. İki-üç veriliş var ki, onlara çıxıram. İnsanam da mənim də ağzımdan xoşagəlməz bir söz çıxar və bu, birmənalı qəbul edilməz. Nəyisə sübut edənə qədər “ölərəm””. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO