Damla ləqəbi ilə şou-biznesdə məşhurlaşan müğənni Məsumə Məmmədova yeni paylaşımı ilə adından söz etdirib.
Sənətçi sosial şəbəkə hesabında xəstəxanadan qolunda “sistem” fotosunu yayımlayıb.
Damla sözügedən paylaşımına heç bir şərh yazmayıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. Telefona isə ifaçının prodüseri Şamil İbrahimov cavab verib.
O bildirib ki, Damlanın səhhəti yaxşıdır:
“Damlanın “sistem” altında xəstəxana palatasında çəkilən fotosunu özüm paylaşmışam. Onun səhhəti yaxşıdır. Heç bir problem yoxdur. Viruslardan və xəstəliklərdən özünü qorumaq üçün profilaktik sistemlər edir. Damlanın səhhəti ilə maraqlanan hər bir kəsə təşəkkürümüzü bildiririk”.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
16:23 / 18.04.2024
Damlanın prodüseri: “Xəstəxanadan çəkilən FOTOSUNU özüm yaymışam” - ÖZƏL
Hazırda oxunan: Damlanın prodüseri: “Xəstəxanadan çəkilən FOTOSUNU özüm yaymışam” - ÖZƏL
Hazırda oxunan: Damlanın prodüseri: “Xəstəxanadan çəkilən FOTOSUNU özüm yaymışam” - ÖZƏL
187800
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.