Azərbaycanlı iş adamı ilə eşq yaşayan Anastasiya Voloçkova: “3 ildə ondan 1 qəpik pul almadım”

Hazırda oxunan: Azərbaycanlı iş adamı ilə eşq yaşayan Anastasiya Voloçkova: “3 ildə ondan 1 qəpik pul almadım”

187459

Rusiyanın Əməkdar artisti, gimnast, balerina və rəqqasə Anastasiya Voloçkova azərbaycanlı iş adamı və siyasətçi Süleyman Kərimovla münasibətlərindən söz açıb. 

Bizim.Media xəbər verir ki, bu haqda 48 yaşlı Anastasiya qonaq olduğu “YouTube”da yayımlanan “Cəsarətli yemək” verilişində danışıb. 

Həyatının əsas adamı saydığı Süleyman Kərimov haqda söhbətə Voloçkova “O, mənim həyatımda ən böyük sevgidir. Mənə onun həyat yoldaşı olmağı təklif etdi” deyərək fikirlərini belə davam edib: 

“O, neft şirkətinin bayramı üçün Böyük Teatrı icarəyə götürdü. Əslində isə bunu məni tanımaq üçün etdi. Onda mənim 25 yaşım var idi. Mən artıq “Mariinski” teatrında “prima balerina”, “Böyük Teatr”da isə “prima rəqqasə” idim... Süleyman dərhal mənə aşiq oldu. Amma onun bir dostu Əhməd var idi, o da mənə diqqət göstərməyə başladı. “Qu gölü” rəqsi üçün Bakıya qastrol səfərinə getməli olduğum bir həftə Süleymanla bir-birimizi sözün əsl mənasında tanıdıq. Və deyəsən, Əhmədlə daha da dostlaşdım, ünsiyyətdə oldum... Problem onda idi ki, Bakıda tamaşaya uçmağa heç nəyim yox idi. Sonra Əhməd mənə şəxsi təyyarə verdi. Amma o, Süleymanla da əlaqə saxladı. Bakıya gəlirəm. Baletin birinci hissəsi başa çatıb. Fasilə zamanı Süleyman zəng edir: “Bu gün biz sizinlə Birləşmiş Ərəb Əmirliklərinə uçuruq. Mən artıq şəxsi təyyarə göndərmişəm ki, səni aparsın”. Mən ona deyirəm: “Süleyman, gözlə. Mən Bakıya Əhmədin təyyarəsi ilə uçdum... İndi ona nə deyim?”.

 “Mən ona hər şeyi özüm söyləyəcəyəm. Baletdən sonra teatrı tərk edib “Mersedes”ə minəcəksən. Səni hava limanına aparacaq”. Nə edəcəyimi bilmirəm: Əmirliyə uçmaq üçün əşyalarımı toplamalıyam. Yanımda nəinki, çimərlik, heç gündəlik geyinəcəyim belə paltarım yoxdur, sadəcə məşq kostyumum vardı. Moskvada “Marriott” otelində yaşayırdım, “Bolşoy Teatr” mənim üçün orada kiçik otaq icarəyə götürdü. İkinci fasilə zamanı mən “Bolşoy Teatr”ının əməkdaşı Vasyaya zəng etdim və ondan otağıma qaçmağı və Əmirliyə səyahət üçün əşyalarımı yığmağı xahiş etdim. Vasya əşyalarını yığdı, Süleyman isə onları mənə gətirdi.

Çarəsiz idim, amma Süleymana güvəndim, onu dərhal bəyəndim. Əgər evli olmasaydı... Baxmayaraq ki, müsəlmanlar dinə və adət-ənənəyə görə bir neçə arvad ala bilərlər. Amma mənə bu yaraşmırdı. Mən tək və təkrarolmaz olmaq istəyirəm...

İndi isə tamaşadan sonra teatrı tərk edirəm. Girişdə iki maşın var. Hansında oturacağımı bilmirəm. Məncə, fərqi yoxdur: ikisi də hava limanına gedir... Hava limanına çatıram, iki şəxsi təyyarə var. Birini Əhməd, digərini Süleyman göndərmişdi. Ürəyim dedi ki, Süleymanın təyyarəsinə minməliyəm. İçəri girirəm və bütün salon ağ çiçəklərlə bəzədilib. Biz təyyarədə otururuq, qalxmırıq. Mən narahat olmağa başlayıram. Birdən stüardessa harasa çıxıb gedir. Sonra məlum oldu ki, o, mənim üçün ispanaq almaq üçün növbəti təyyarəyə qaçıb. Süleyman sifariş verməyi unutdu. Amma Əhməd ispanaq sifariş etdi. Bundan sonra yola düşdük. Moskvada Süleyman mənim təyyarəmə tullanır və biz Əmirliyə uçuruq... Kişilər mənə belə baxırdılar, mənim üçün döyüşürdülər”. 

Voloçkova həmçinin müsahibəsində vurğulayıb ki, Süleymanla yaşadığı 3 il müddətində ondan bir qəpik belə pul almayıb: 

“Süleymanın çoxlu pulu var idi. Amma onunla yaşadığımız 3 ildə mən ondan bir qəpik də istəmədim ki, pul üçün yanında olduğum fikri olmasın. O, məndə bunu həqiqətən yüksək qiymətləndirdi. Mən heç vaxt heç bir kişilərimdən pul istəməmişəm. Amma paxıl anam hamıdan pul götürürdü, istər kişilərindən, istərsə də dostlarından. Anam Süleymandan nə qədər pul aldı... Amma o da çox səxavətli insandır. Çox səxavətli hədiyyələr verdi. Bütün bunlar isə ondan gəldi, mən xahiş etdiyim üçün deyil. Münasibətimizi kəsmək qərarına gələndə hələ də onu çox sevirdim. Amma mən başa düşdüm: bizim gələcəyimiz, perspektivimiz yoxdur. Qadın şərq kişisindən ayrılanda ondan qisas almağa başlayır. Hesab edirəm ki, bizi bir-birimizdən ayıran anam və onun ətrafı oldu. Mənə haqqımda başqalarının dediklərinə inanmayan, qulaq asmayan bir kişi lazımdır...”.

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO