Qazaxıstanda qalmaqalın mərkəzinə düşən Azərbaycan əsilli repçi Jah Khalib (Bəxtiyar Məmmədov) yenidən Rusiyada konsert verməyə cəhd göstərir.
Bizim.Media xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı yazıb.
Mənbə qeyd edir ki, Jah Khalib 4,6 milyona (təxminən 83720 manat) Rusiyada bir korporativ tədbirdə çıxış etməyə razılaşıb.
Yaxın günlərdə Baxanın səkkiz nəfərdən ibarət komandası ilə Moskvaya gələcəyi gözlənilir.
Bu il Məmmədovun Serbiya, İngiltərə, Monqolustan və Kiprdə konsertləri planlaşdırılır.
Qeyd edək ki, arvadını qətlə yetirməkdə təqsirləndirilən Qazaxıstan Respublikasının keçmiş milli iqtisadiyyat naziri Kuandıq Bişimbayevin məhkəməsi və ümumilikdə Qazaxıstanda qadınlara qarşı zorakılıq mövzusunun müzakirəsi fonunda sosial şəbəkə əhli avqustda sənətçinin səsləndirdiyi fikirlər olub. Belə ki, arvadının başı örtülü gəzməsindən rahat olduğunu söyləyən Jah Khalib bunları söyləyib: “Qastrol səfərində olanda həyat yoldaşım şəhərin mərkəzində gəzəndə kimsə ona sataşsa, başıbağlı olduğunu görən müsəlman qardaşım mənim yerimə onu qoruyacaq. Rahat olacağam ki, həyat yoldaşıma küçədə pis gözlə baxmayacaqlar, o təhlükəsiz olacaq”.
Qazaxıstanda Jah Khalib-in musiqi fəaliyyətinin dayandırılması ilə bağlı ifaçının “Instagram” sosial şəbəkədəki səhifəsinə yüzlərlə bu tip şərhlər yazılıb. Musiqiçiyə sosial problemlərdən (qadınların geyimi ilə bağlı fikirlərini nəzərdə tuturlar – red.) danışmaqdansa, mahnı yazmağı məsləhət görüblər. Jah Xalib isə ətrafında baş verən qalmaqallara heç bir reaksiya verməyib.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
08:54 / 16.04.2024
Azərbaycanlı müğənni Rusiyadakı çıxışından 4,6 milyon QAZANACAQ
Hazırda oxunan: Azərbaycanlı müğənni Rusiyadakı çıxışından 4,6 milyon QAZANACAQ
Hazırda oxunan: Azərbaycanlı müğənni Rusiyadakı çıxışından 4,6 milyon QAZANACAQ
187373
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.