Mələkxanımın qızı nikahından sonra "spa" mərkəzində "Henna party" keçirdi - FOTO/VİDEO

Hazırda oxunan: Mələkxanımın qızı nikahından sonra "spa" mərkəzində "Henna party" keçirdi - FOTO/VİDEO

187355

Ötən axşam paytaxtın lüks otellərinin birində, açıq havada Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın müğənni Mərdan Kazımovla nikah mərasimi olub.

Bizim.Media xəbər verir ki, nikahdan sonra Nəzrin yaxın rəfiqələrini "Hamam və spa" mərkəzlərinin birində başına toplayaraq "Henna party" (Xınayaxdı mərasimi) keçirib.

Mərasimdən çəkilən videoları isə sənətkarın qızı sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Görüntülərdə ABŞ-a köçən müğənni Elariz Məmmədoğlunun vizajist gəlini Mehriban da yer alıb.

Nəzrin rəfiqələri ilə qapalı hovuz ətrafında toplaşaraq mahnı sədaları altında rəqs edib, əyləniblər. Bundan əlavə, rəfiqələrindən biri onun əlinə xına da yaxıb.
Qeyd edək ki, Nəzrin və Mərdan cütlüyünün toyu aprelin 22-də paytaxtın məşhur restoranlarından birində mediaya qapalı şəkildə keçiriləcək. 

Aşiqlərin nişanı ötən ilin oktyabrında olub.  

 












Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO