Elnur Məmmədov şəkillərdə uşaqlarının üzünü buna görə gizlədir – VİDEO 

Hazırda oxunan: Elnur Məmmədov şəkillərdə uşaqlarının üzünü buna görə gizlədir – VİDEO 

187288

“Uşaqlıqdan bildiyimiz “bəd nəzər” məsələsi var və mən də buna inanıram. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər. Sevmədiyim bir şeylər var. Mənə aid olan var-dövləti və ya nəyisə göstərməkdən utanıram. Özüm də bunun əziyyətini çəkmişəm. Bunun imtahanını yaşamışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov qonaq olduğu “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi sosial şəbəkə hesabında paylaşdığı şəkillərdə uşaqlarının üzünü göstərməməsinin səbəbini belə izah edib: 

“Uşaqlarımın üzünü göstərmək nəyə lazımdır? Evdə hər hansısa bir çəkiliş etməyi sevmirəm. Bunu göstərəndə, yəni bu, var deyə nəyi demiş oluram? Bunu Allah mənə verib. Çəkilişlərimi edən bir dostum var. O mənə deyir ki, bir gün sizin iştirak etdiyiniz məclisi çəkək. Cavab verdim ki, belə şeyləri sevmirəm. Bəzən həmkarlarım mənə sual verirlər ki, sən niyə oxuduğun məclislərdən görüntülərini paylaşmırsan? Deyirəm ki, bu kimi şeyləri xoşlamıram.
Doğum günümü etməyi mənə valideynlərim dedi, mən də keçirdim. Amma valideynlərim də bilir ki, mənə aid olan nəyisə ictimailəşdirməyi sevmirəm. Mahnı və klip, o başqa məqamlardır. Amma sırf mənim şəxsiyyətimə aid olan hansısa bir özəlliklərin ictimailəşməsini istəmirəm”. 
Qeyd edək ki, Elnur Məmmədovun İnam və Muhammed adlı iki oğlan övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO