Rusiya telekanalları 70 yaşını qeyd edən Alla Puqaçovanı TƏBRİK ETMƏDİLƏR - FOTO

Hazırda oxunan: Rusiya telekanalları 70 yaşını qeyd edən Alla Puqaçovanı TƏBRİK ETMƏDİLƏR - FOTO

187277

Bu gün Rusiyanın Xalq artisti Alla Puqaçovanın 70 yaşı tamam olur. 

Bizim.Media xəbər verir ki, sənətkarı ilk təbrik edən həyat yoldaşı, yumortist Maksim Qalkin olub. 

Qalkin arvadı Puqaçovanı yubileyi münasibəti ilə selfisini sosial şəbəkə hesabında paylaşaraq “Sevgilim, ad günün mübarək!” təbrikini yazıb. 

Postsovet məkanının ən populyar müğənnilərdən birinin yubileyinə baxmayaraq, Rusiya kanallarının yayım cədvəlində Alla Puqaçovaya həsr olunmuş heç bir konsert və ya veriliş gözə dəyməyib.  

Etsrada ulduzu bu yaxınlarda 2019-cu ildə Kreml Sarayındakı yubiley konsertindən səs yazılarının yer aldığı “P.S” adlı albomunu da təqdim edib.  

Qeyd edək ki, Alla Puqaçova 2022-ci ilin fevralında ailəsi (əri Maksim Qalkin və uşaqları - əkiz Liza və Harri ilə birlikdə) Rusiyanı tərk edib. Hazırda məşhur ailə İsraildə yaşayır. Qalkin xüsusi əməliyyata fəal qarşı çıxır və Rusiya hakimiyyətinin hərəkətlərini tənqid edir.
Ölkəsində Maksim “xarici agent” statusu qazanıb. Bir müddət əvvəl ictimai fəal və Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə üzrə Federal Layihənin rəhbəri Vitali Borodin bildirib ki, Baş Prokurorluq onun tələbi ilə Alla Puqaçovanın “xarici agent “kimi tanınması proseduruna başlayıb. Lakin Puqaçova hələ bu siyahıya düşməyib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO