Ceyran Rəhimova: “Aparıcının verilişdə divanın qoltuğunda oturması qonağa hörmətsizlikdir” - VİDEO

Ceyran Rəhimova: “Aparıcının verilişdə divanın qoltuğunda oturması qonağa hörmətsizlikdir” - VİDEO

Hazırda oxunan: Ceyran Rəhimova: “Aparıcının verilişdə divanın qoltuğunda oturması qonağa hörmətsizlikdir” - VİDEO

187267

Azərbaycan Televiziyasiyasının (AzTV) keçmiş aparıcısı Ceyran Rəhimova həmkarını efirdə tənqid edib. 

Bizim.Media xəbər verir ki, televiziya ulduzu qonaq olduğu “O üz” verilişində aparıcıların şou xətrinə verilişlərdə xoşaqəlməz hərəkətlər nümayiş etmələrinə etiraz edib.  

“Bir aparıcı ki, verilişinə gələn qonağın əyləşdiyi divan və ya kreslonun qoltuğunda əyləşirsə, onu artıq oradan düşürmək mümkün olmur.

Mən onu dəvət olunan qonağı hörmətsizlik hesab edirəm. Aparıcının öz yeri, oturuşu və özünü düzgün şəkildə aparması olmalıdır. Aparıcı verilişdə səmiyyət yaradır. Onun bu etdiyi isə səmimiyyət deyil. Şounu mən də və hər bir başqa aparıcı da yarada bilər. Amma bunu da müəyyən çərçivədə və etiket qaydalarını gözləyərək etmək lazımdır”, - deyə C.Rəhimova bildirib. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO