Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl müğənni Nura Suri tanımadığı kişi tərəfindən izlənildiyi ilə bağlı sosial şəbəkə hesabında videomüraciət yayımlayıb.
Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində təhlükə saçan hadisə ilə bağlı açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Nura onu addım-addım güdən şəxsin VİDEOSUNU paylaşdı
Nura bildirib ki, bunu ad günü ərəfəsində çıxardığı mahnı və klipinin “piar”ı üçün edib:
“Xarici müğənnilər və tanınmışlar bir mahnını çıxarmazdan əvvəl belə bir “promo” videolar çəkib sosial şəbəkə hesabında paylaşırlar. Bu videonu isə daha peşəkar səviyyədə çəkirlər. Düşündüm ki, bunu peşəkar səviyyədə çəksəm, bizimkilər tutacaq. Ona görə də qərar verdim ki, telefonun kamerasına çəkim. Bunu biz etdik və bir də baxdım ki, bu videonu bütün saytlar yayımlayıb və bu barədə xəbər yazıblar. Deyirlər ki, “yalançının evi yandı, heç kim ona inanmadı” (gülür)”.
Rəşad Əliyev, Bizim.Media